Batumidə üç azərbaycanlı turistə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs müəyyən olunub.
XeberAl.az xəbər verir ki, həmin şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.
Şübhəli şəxsin yeniyetmə olduğu barədə məlumatlar yayılıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi üzrə aparılır. Bu maddə ilə üç ildən beş ilədək həbs cəzası nəzərdə tutulur.
Azərbaycan vətəndaşları hazırda Batumi Referal Xəstəxanasında müalicə olunurlar. Gənclərin ayaq, qol və bədənin digər hissələrindən bıçaq yaraları aldıqları bildirilir.