Dünya

ABŞ-də müttəhim məhkəmə zalında hakimə hücum etdi: Əlbəyaxa döyüşdən ANBAAN VİDEO

Sharing is caring!


ABŞ-nin Las-Veqas şəhərində adam döyməkdə təqsirləndirilən 30 yaşlı kişi məhkəmə iclası zamanı hakimə hücum edib.

Təqsirləndirilən şəxsin vəkili onun üçün sınaq müddətinin təyin edilməsini istəyib, lakin hakim Meri Holtus müttəhimin əvvəllər də başqa cinayətlərə görə istintaq məsuliyyətinə cəlb edildiyini əsas gətirərək bu istəyi rədd edib.

Bu zaman təqsirləndirilən kişi hakimin masasına tərəf qaçıb, masanın üstündən tullanıb və hakim Holtusu yerə yıxıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal müttəhimə doğru qaçıblar və kişi bu dəfə də onlarla əlbəyaxa döyüşə girib.

Məlumata görə, hakim kəllə-beyin travması alıb və həmçinin polislərdən biri də yaralanıb.

Mənbə: TMZ

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir