Dünya

“Neftçi” ilk yoxlama oyununu Türkiyə klubuna qarşı keçirəcək

Sharing is caring!


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olacaq “Neftçi”nin ilk yoxlama matçı yanvarın 6-da baş tutacaq.

“Report” “ağ-qaralar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Türkiyənin 1-ci liqasında çıxış edən “Erzurumspor”la üz-üzə gələcək.

Qarşılaşma yanvarın 6-da keçiriləcək.

Daha sonra “ağ-qaralar” Albaniyanın “Partizani” kollektivi ilə üz-üzə gələcəklər.

Qarşılaşma yanvarın 9-da gerçəkləşəcək.

Qeyd edək ki, sabah Türkiyəyə yollanacaq “Neftçi”nin hazırlıq prosesi yanvarın 14-də yekunlaşacaq. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir