Dünya

Türk tayfalarının qədim Yeni il bayramı – ARAŞDIRMA + VİDEO

Sharing is caring!


Narduqan şumerlərdə və daha sonra türk tayfalarında keçirilən yeni il bayramıdır.

Hər il 22 dekabrdan sonra gələn ilk bütöv ay çıxan zaman bayram edilir.

Bunun səbəbi isə türklərin qədim inancına görə, gecə ilə gündüzün, yəni günəşlə ayın ilboyu görüşə bilməyərək dövrə vurması və məhz dekabrın ən uzun gecəsi sayılan 22 dekabrda görüşməsidir.

Dekabrda bütöv ayın çıxdığı gün yeni ilin ilk günü hesab edilir. Bu gün türk inancına görə, ölümsüzlüyün simvolu olan və bütün insanların törədiyi sanılan Ağcaşam ağacları bəzənər, oyunlar oynanar, qopuzun müşayiəti ilə mahnılar oxunar və əyləncələr təşkil edilərdi. Türklərdə həmin gün Tanrı Ulgenǝ hədiyyə hazırlayardılar və ən yüksək təpədə şam ağacı altında dua edərdilər.

Bu mərasimlərə başçılıq edən müdrik, yaşlı kişi ən gözəl geyimlərini geyinǝrǝk liderlik edərdi.

O, türk cəmiyyətlərində daha çox Ayaz Ata kimi adlandırılır. Hətta Ayaz Ata yaşlı olduğu üçün ona nəvəsi yaşında bir qız da kömək edərmiş. Qadınlar bu bayramlarda parçalardan xüsusi bəzəklər hazırlayıb şam ağacından asardılar. Türklərdən gələn bu ənənə indi də qalmaqdadır. Övliya kimi tanınan insanların məzarlarına yaxın ağaclara parça bağlanması bu ənənədən gəlir.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir