Dünya

“Barselona” təcavüzdə ittiham olunan futbolçuya görə 40 milyon avro ödəməyə hazırdır

Sharing is caring!


İspaniyanın “Barselona” klubu yayda heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Kataloniya təmsilçisinin əsas hədəfi icarə əsasında “Xetafe”də çıxış edən Meyson Qrinvuddur.

“Barselona” müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan 22 yaşlı vingeri mövsümün sonunda transfer etmək istəyir. La Liqa klubu ingiltərəli ön xətt oyunçusu üçün “qırmızı şeytanlar”a 40 milyon avroluq təklif göndərəcək.

“Barselona” Qrinvuda Lionel Messinin davamçısı kimi baxır. Hətta ona argentinalı ulduzun geyindiyi 10 nömrəli formanın veriləcəyi də deyilir.

Meyson Qrinvud təcavüzdə ittiham olunduğu üçün bir müddət həbsdə qalıb. Həbsdən çıxdıqdan sonra isə “Mançester Yunayted” onu icarəyə verib.

Futbolçu bu ilin yayından “Xetafe”də çıxış edir. O, komandanın heyətində 15 oyun keçirib və beş qol, dörd məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Sun

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir