Dünya

Türkiyədə “Fergio House” əməliyyatı: Ədəbsiz ziyafət təşkil etməyə hazırlaşan 19 nəfər saxlanıldı – FOTO

Sharing is caring!


Türkiyə Asayiş Şöbə Müdirliyi Əxlaq Bürosu qrupları tərəfindən İstanbul daxil olmaqla 8 bölgədə “Fergio House” adlı sosial media hesabından ədəbsiz paylaşımlar edən şəxslərə qarşı əməliyyat keçirilib.

“Fergio House” hesabı ilə edilən paylaşımlarda həmçinin ədəbsiz məclislərin təşkil olunacağı da elan edilib.

Araşdırmalar zamanı məlum olub ki, bu sosial media hesabı 12 kişi və 4 qadın tərəfindən istifadə olunur. Bununla bağlı İstanbulun Büyükçekmece, Qaziosmanpaşa, Kartal, Beyoğlu, Eyüpsultan rayonları və İsparta, Hakkari, Ankara, Qaziantep, İzmir, Konya və Antalya şəhərlərində 15 fərqli ünvanda eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat zamanı 15-i kişi, 4-ü qadın olmaqla 19 şübhəli şəxs saxlanılıb.

Ünvanlarda aparılan axtarışlar zamanı ədəbsiz məzmunlu videolarda istifadə edilən müxtəlif rənglərdə və modellərdə 70 maska, 13 ədəd fantaziya paltarı, üzərində etibarsız olduğu bildirilən 2 min saxta 100 dollarlıq əskinas, fantaziya materialı kimi istifadə edilən əşyalar, şübhəlilərə məxsus 19 ədəd mobil telefon və SİM kartlar aşkar edilib.

Şübhəlilər isə polis bölməsində əməliyyatları tamamlandıqdan sonra ədliyyə orqanlarına göndərilib.

Digər tərəfdən, onların bu yolla əldə etdikləri gəlirlərin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir