İdman

Elxan Abdullayev: “Qrupdan çıxmaq şansımız çox azdır”

Sharing is caring!


“Azərbaycan millisi çox çətin qrupa düşdü”.

Bunu İdman.biz-ə Azərbaycanın U-18 millisinin baş məşqçisi Elxan Abdullayev deyib.

Təcrübəli mütəxəssis Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqasının püşkatmasında əsas yığmanın qrupunu dəyərləndirib.

Abdullayev bildirib ki, komandamızın C divizionunda yer aldığı 1-ci qrup ən çətinidir:

“Rəqiblərin adlarından da bəllidir ki, favorit komandalardır. Yalnız Estoniya bizimlə eyni səviyyədədir. Bu qrupdan çıxmaq şansımız çox azdır. Təəssüflər olsun ki, daha yaxşı qrupa düşə, asan rəqiblərlə də üzləşə bilərdik. Amma bu, futboldur, seçimi biz etmirik. Bəxtimizə hansı komanda düşübsə, onunla da oynamalıyıq”.

Yığmaya uğurlar arzulayan Abdullayev futbolçulardan geyindikləri forma uğrunda məsuliyyətlə oynamasını da istəyib:

“İşləri çox çətin olacaq. Nə qədər ki, vaxt var, yaxşı çalışmaq lazımdır. Qələbə üçün isə əllərindən gələni etməlidirlər”.

Qeyd edək ki, C divizionunda mübarizə aparacaq Azərbaycan İsveç, Slovakiya və Estoniya ilə oynayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir