Dünya

Ronaldu 2023-cü ildə dünyada ən çox qol vuran futbolçusu oldu

Sharing is caring!


Səudiyyə Ərəbistanının “Ən-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 2023-cü ildə vurduğu qolların sayına görə dünyanın birincisi olub.

38 yaşlı futbolçu klub və milli komandada 58 matçda 53 qola imza atıb.

Qeyd edək ki, portuqaliyalılar bu il daha bir oyun keçirməli olacaqlar.

İlin sonunda bombardirlər siyahısında ikinci yerdə 53 matçda 52 qol vuran PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappe qərarlaşıb. İngilis Harri Keyn üçüncü olub. “Bavariya”nın forvardının 52 qolu var, lakin daha çox oyun keçirib (57). “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holand 60 oyunda 50 qolla dördüncüdür.

Ronaldunun ən yaxın təqibçiləri bu il daha oynamayacaqlar. Fransa və Almaniya çempionatları qış fasiləsindədir, norveçli isə hələ də zədəsini sağaldır və “Siti”nin dekabrın 30-da “Şeffild”lə keçiriləcək növbəti oyununda iştirak etməyəcək.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir