Dünya

Raketlə vurulan Ukraynada son vəziyyət: “Yanan yerin xəstəxana və uşaq bağçası olduğu bildirilib” – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, gecə yerli vaxtla üç-dörd radələrindən etibarən Kiyev də daxil olmaqla Ukraynanın bütün şəhər və vilayətləri havadan atəşə tutulub:

“Hava hücumları hazırda da davam edir. Kiyevin bir neçə rayonunda, o cümlədən Dnepr çayının sol və sağ sahilində olan rayonlarda partlayış səsləri eşidilib. Artıq həmin bölgədə böyük bir ərazi yanır. Yanan yerin xəstəxana və uşaq bağçası olduğu bildirilib”.

Qeyd edilib ki, Dnepr şəhərində ticarət mərkəzinə zərbələr endirilib:

“Məlumata görə, bu zərbələr əsasən dronlardan, ballistik raket və hava döyüş təyyarələrindən endirilib. Hava hücumları nəticəsində ticarət mərkəzi tamamilə yararsız hala düşüb. Orada iki azərbaycanlıya məxsus dükanın dağıldığı da bildirilib”.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir