Dünya

Avropada təbii fəlakətlər tüğyan edir – VİDEO

Sharing is caring!


Almaniyada aramsız yağan yağışlar Aşağı Saksoniyanın paytaxtı Hannover şəhərinin küçələrinin su basmasına səbəb olub. Bremen yaxınlığında bənddəki çatla əlaqədar sakinlərin kütləvi təxliyəsi aparılır, struktur hər an çökə bilər. Drezdendə isə Elba çayının səviyyəsi altı metrə qalxıb və tarixi şəhər mərkəzini su basması təhlükəsi yaranıb.

Niderlandda suyun səviyyəsi kritik həddə yaxınlaşıb. Ölkənin şərqində bir çox ərazilər çay suları altında qalıb. Reyn çayının qollarından biri olan Eysseldə suyun səviyyəsi xeyli yüksəlib. Çayların kənarında qum torbalarından müvəqqəti bəndlər quraşdırılıb. Fermerlər xəbərdarlıq edirlər ki, daşqınlar kartof və şəkər çuğunduru məhsuluna təsir göstərə bilər.

Macarıstanda Dunay çayı sahili aşıb və Budapeşti su basıb. Su səkidən 35 santimetr yuxarı qalxıb. Bugün suyun qalxmasının pik həddə çatacağı gözlənilir. Səlahiyyətlilər 2-ci səviyyəli daşqın xəbərdarlığı elan edib və avtomobillərin sahildəki dayanacaqlardan çıxarılmasını təşkil ediblər.

Mənbə: mir24tv

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir