Dünya

Rusiya 50-dən çox əsgəri Krımda itirdi: Baku TV-nin əməkdaşı Ukraynadakı son vəziyyətdən danışdı – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gün Ukraynanın bütün vilayətlərində səhərə qədər hava həyəcanı siqnalı davam edib:

“Ümumiyyətlə, dekabr ayında bir-iki gün istisnaları nəzərə alsaq, Ukraynanın hava məkanı hər gün, hər gecə hücuma məruz qalıb. Ötən gün təkcə cəbhə bölgəsinə yaxın vilayətlər yox, paytaxt Kiyev də daxil olmaqla şimal, qərb və mərkəzi vilayətlərə silsilə olaraq dron hücumları edilib”.

Qeyd edilib ki, Donetsk, Xarkov vilayətləri istiqamətində də vəziyyət gərgindir:

“Xerson vilayətində Ukrayna Ordusu Krım istiqamətində olan mövqelərindən burada yerləşən Rusiya Ordusuna məxsus bazalara yenidən zərbələr endirə bilib. Xüsusilə Qara dənizdən Rusiya hərbi donanmasına endirilən zərbə nəticəsində 70-dən çox rusiyalı hərbçinin ödürüldüyü bildirilir. Ukrayna Ordusunun Rusiyaya məxsus hərbi gəmini məhv etməsi nəticəsində isə 50-dən çox rusiyalı hərbçinin itkin düşdüyü qeyd olunub”.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir