Dünya

Qərbin Serbiya ilə bağlı təhlükəli planı – ŞƏRH

Sharing is caring!


Qərb “rəngli inqilab” ssenarilərini indi də Serbiyada tətbiq etmək istəyir. Özü də həyasızcasına, utanmadan, qızarmadan. Qərb üçün başqa ölkənin taleyinin önəmi yoxdur.

O, öz mənfəəti naminə hər şeyi edər. Başqa ölkələrə müdaxilə edər, qan tökər, bombardman edər və sair. Bunun nümunələri çoxdur. Əfqanıstanda, İraqda, Suriyada, Liviyada, Ukraynada.

İndi də Qərb Serbiyanı xaraba qoyduğu digər ölkələrin gününə salmaq istəyir. Bu, faktiki olaraq Qərbin Serbiyaya müdaxiləsidir.

Serbiyada keçirilən parlament seçkisində Prezident Aleksandar Vuçiçin rəhbərlik etdiyi Serbiya Proqressiv Partiyasının qalib gəlməsi Qərbi narahat edir.

Çünki Qərb bilir ki, Vuçiç hakimiyyətdə olduğu dönəmdə diktə ilə xarici siyasət qurmaqdan imtinaya davam edəcək. Vuçiç Qərbin oyununa gəlmir. Qərb dəfələrlə Serbiyanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa dəvət etsə də, Vuçiç haqlı olaraq bundan imtina edib.

Qərb bir neçə dəfə Serbiyanı elə Serbiyadan ayrılıb özünə dövlət quran Kosovonun müstəqilliyini tanımağa çağırıb. Serbiya isə bunu rədd edir. İndi isə Serbiyaya başqa cür təzyiq edirlər.

Ötən ay Fransa, Almaniya liderləri açıq şəkildə Belqradı Kosovonu tanımağa çağırmışdı. Serbiya hökumətinin bu tələbə əməl etməməsinin ardından iğtişaşlara start verildi.

Saxta seçki etirazları şousu yaradan Qərb əlaltıları vasitəsilə iğtişaşlar təşkil edir. Serbiyada Vuçiçə qarşı etirazların kökündə Kosovo ilə bağlı amillər də dayanır.

Məlumat üçün bildirək ki, Qərb “rəngli inqilab” texnologiyasını ilk dəfə elə Serbiyada sınaqdan çıxarıb – 2000-ci ildə Slobodan Miloşeviç hakimiyyətinin dəyişdirilməsi zamanı. İndi yenidən eyni ssenari işə düşür.

Vaxt var idi ki, Qərb eyni mənzərəni Azərbaycanda da yaratmağa can atırdı. Bununla yanaşı, Qərb Azərbaycanı da uzun illər ərazilərinin işğalı ilə barışmağa məcbur etmək istəyirdi. Eyni ssenari ilə burada da çevriliş planları olub, amma bu, baş tutmayıb.

Özünün rəsmi kanalları və əlaltıları olan müxtəlif institutlar vasitəsilə Azərbaycana diktə etmək istəyən Qərbin xəyalları suya düşdü.

İndi də Qərb eyni şeyi Serbiyada həyata keçirmək istəyir. Məqsəd – Kosovodan və serb xalqının tarixindən imtina etmək üçün təzyiq yaratmaqdır. Bunun üçün Qərb institutları Serbiyada qeyri-hökumət təşkilatlarının (QHT) və KİV-lərin maliyyələşdirilməsini həyata keçirir.

Qısası, Qərb nə utanır, nə də qızarır. Getdikcə daha da azğınlaşır. Serbiyanı da Ukraynanın vəziyyətinə salmağa çalışan Qərbin havasına oynayanlar isə xəyanət yolunu tutanlardır.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir