Cəmiyyət

Qarabağda neçə məktəb tikilir?

Sharing is caring!

“Laçında 2 nömrəli və Laçın-Zabux məktəbinin əsaslı təmir işlərinə başlanıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev bildirib.

Onun sözlərinə görə, Ağalı kənd məktəbindən əlavə olaraq 2022-ci ildə Tərtər rayonu, Suqovuşan kənd məktəbi əsaslı təmirdən sonra hazırlanıb:

“Hələ istismara verilməyib, amma açılışa hazırdır. Şuşada 1 nömrəli və Ağdam şəhərlərində 1 nömrəli 960 yerlik məktəblər tikilir. Hər ikisinin bu ilin sentyabrında təhvil verilməsi gözlənilir”.

O əlavə edib ki, Füzuli, Cəbrayılda və Zəngilanda 960 yerlik məktəblər tikilir:

“Şuşa Real Məktəbinin layihələndirmə işləri aparılır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir