Dünya

Kiyevdə yeni səfərbərliklə bağlı sorğu keçirilib – VİDEO

Sharing is caring!


Ukraynada gedən müharibənin ikinci ilinin tamamlanmasına yaxın ərəfədə ölkədə son günlər növbəti genişmiqyaslı hərbi səfərbərliyin elan olunacağı, cəbhədə uzun müddətdir döyüşənlərin yeniləri ilə əvəz ediləcəyi bildirilir.

Hazırda Ukrayna parlamentində yeni səfərbərliklə bağlı qanun layihəsinin hazırlandığı da deyilir.

Qeyd edək ki, budəfəki səfərbərlikdə qadınların da müəyyən dərəcədə hərbi mükəlləfiyyətə cəlb olunması nəzərdə tutulur.

Bəs Ukrayna ictimaiyyəti yeni səfərbərliyə nə qədər hazırdır?

Baku TV Kiyevdə sorğu keçirərək bununla bağlı ukraynalıların mövqeyini öyrənib.

Kiyev sakini Darya Xarlamova bildirib ki, əsas müəyyən şərtlərin təmin olunmasıdır:

“Əgər bütün qaydalara riayət olunsa və imtiyazlar verilsə, məsələn, körpəsi olan və ya tələbələrə aid olmasa, hesab edirəm ki, qadınlar hazır olarlar. Orduda xidmətə görə maddi ödəniş edilərsə, bu halda qadınların cəlb olunması mümkündür”.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir