Dünya

Macarıstanda fövqəladə vəziyyət elan edildi

Sharing is caring!

Macarıstanda enerji sahəsində fövqəladə vəziyyət elan edilib.

Bu barədə Macarıstanın baş naziri ofisinin rəhbəri Qergey Quyyaş hökumətin brifinqində bildirib.

“Macar ailələrini qorumaq və enerji ilə təmin etmək üçün, bir çox digər ölkələr kimi, Macarıstan hökuməti enerji sektorunda fövqəladə vəziyyət elan edir”, – Quyyaş bəyan edib.

Çərşənbə günü Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyyarto bildirib ki, Macarıstan mövcud uzunmüddətli müqavilələrdən əlavə 700 milyon kubmetr qaz almaq üçün danışıqlara başlayıb. Onun spzlərinə görə, hazırda Macarıstanın qaz anbarları 44% doludur.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orbanın mətbuat katibi Bertalan Havasi jurnalistlərə bildirib ki, baş nazir çərşənbə günü Nazirlər Kabinetində enerji qiymətlərinin artması və Avropada enerji təchizatı ilə bağlı problemləri müzakirə etmək üçün iclas keçirəcək.

Mənbə: 1prime.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir