Dünya

Ukraynalı uşaqların yandırılmasına çağırış edən rusiyalı jurnalist xəstəxanaya düşdü: Zəhərlənib? – FOTO

Sharing is caring!


Rusiyanın RT telekanalının keçmiş direktoru Anton Krasovski xəstəxanaya yerləşdirilib.

Bu barədə o, öz “Telegram” kanalında paylaşım edib.

Anton Krasovskinin sözlərinə görə, qarın ağrısı səbəbindən xəstəxanaya düşüb.

“Həftənin əvvəlində qəflətən qarnım ağrıdı, ürəkbulanma başladı, sonra huşumu itirdim. Məni klinikaya apardılar. Yavaş-yavaş özümə gəlirəm. Maraqlandığınız üçün hər kəsə təşəkkürlər”, – deyə o, paylaşımda bildirib.

Eyni zamanda, bəzi mənbələr keçmiş direktorun zəhərləndiyini iddia ediblər.

Qeyd edək ki, 2022-ci ilin payızında Krasovski RT-dəki rus dilində yayım direktoru vəzifəsindən uzaqlaşdırılıb. Buna səbəb isə jurnalistin yazıçı Sergey Lukyanenkoya müsahibəsi zamanı ukraynalı uşaqları boğmaq və yandırmaqla bağlı çağırışları olub. Daha sonra o, dediyi sözlərə görə üzr istəyib və bu sözlərdən dəhşətə gələn hər kəsdən bağışlanmasını istəyib.

Xatırladaq ki, bu yay Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı jurnalistə ukraynalıların soyqırımına çağırışa görə qiyabi olaraq yeni ittiham irəli sürüb. Bundan əlavə, Ukrayna Təhlükəsizlik Xidməti xatırladıb ki, bu ilin fevralında Anton Krasovski Ukrayna məhkəməsi tərəfindən əmlakı müsadirə olunmaqla beş il müddətinə azadlıqdan məhrum edilib. O zaman Krasovski KİV-dən istifadə etməklə konstitusiya quruluşunun zorakılıqla devrilməsinə və ya dövlət hakimiyyətinin ələ keçirilməsinə açıq çağırışlarda, habelə soyqırımına açıq çağırışlarda ittiham olunub.

Mənbə: İnfo24.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir