Dünya

Prezident seçkisi ilə bağlı Almaniyada yaşayan azərbaycanlılara müraciət edilib

Sharing is caring!


Azərbaycanın Berlindəki səfirliyi Almaniyada yaşayan vətəndaşlara müraciət edib.

Bu barədə səfirliyin “X” hesabında qeyd edilib.

Bildirilib ki, prezident seçkisi ilə əlaqədar Berlində yaradılacaq məntəqədə səs vermək niyyətində olan Azərbaycan vətəndaşlarından (18 yaş və yuxarı) seçicilər siyahısına daxil olunmaları üçün anketi dekabrın 29-dək dolduraraq qeydiyyatdan keçmələri xahiş olunur.

Qeyd edək ki, gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir