Dünya

Orban: “Brüsseldən ürəyim bulanır”

Sharing is caring!


Macarıstanın baş naziri Viktor Orban bildirib ki, o, artıq Avropa İttifaqının (Aİ) Budapeştə öz qərarlarını tətbiq etmək cəhdlərindən bezib.

Siyasətçinin sözlərinə görə, Aİ Ukraynaya yardımı genişləndirmək, yəni “Kiyevə macarların pulunu vermək” üçün ianələrin artırılmasını və Aİ büdcəsinə düzəlişlər etməyi təklif edir.

“Mənin də həmçinin Brüsseldən ürəyim bulanır. Əsas məsələ mövcud vəziyyətdən hansı nəticə çıxarmaqdır”, – deyə o qeyd edib.

Macarıstanın baş naziri həmçinin izah edib ki, Budapeştin irəliləməsi, öz mövqelərini genişləndirməsi, müttəfiqlər toplaması və Aİ-ni təkmilləşdirməsi lazımdır.

Mənbə: aif.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir