Dünya

Rusiya Ukraynanın işğal olunmuş ərazilərində seçki keçirəcək? – Rəsmi Kiyev BƏYANAT yaydı

Sharing is caring!


Kiyev Moskvanın Ukraynanın işğal olunmuş ərazilərində prezident seçkisi keçirmək planlarını kəskin şəkildə pisləyib.

Ukrayna Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.

Sənəddə Ukraynanın işğal olunmuş ərazilərində səsvermənin keçirilməsinə hər hansı cəhdin qanunsuz olduğunu xatırladılıb.

“Dekabrın 8-də Rusiya Mərkəzi Seçki Komissiyası növbəti prezident seçkisinin 2024-cü il martın 15-17-də keçiriləcəyini elan edib. Rusiya hakimiyyəti Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində – Krım Muxtar Respublikasında və Sevastopol şəhərində, Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin müəyyən ərazilərində səsverməni təşkil etmək niyyətini açıqlayıb.

Ukrayna ərazilərində Rusiya seçkilərinin keçirilməsi Ukrayna Konstitusiyasını və qanunvericiliyini, beynəlxalq hüququn norma və prinsiplərini, xüsusən də BMT Nizamnaməsini kobud şəkildə pozur. Bu seçki prosesi, keçmişdəki digər oxşar təbliğat cəhdləri kimi, etibarsız sayılacaq.

Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində verilən səslərin daxil edilməsi Rusiya prezidenti seçkisinin ümumi nəticəsinin legitimliyini şübhə altına alacaq.

Biz beynəlxalq ictimaiyyəti Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın prezident seçkisi keçirmək niyyətini qətiyyətlə pisləməyə, onların təşkilində və keçirilməsində iştirak edənlərə qarşı sanksiyalar tətbiq etməyə çağırırıq.

Biz xarici ölkələri də öz vətəndaşlarını bu psevdoseçkilərə müşahidəçi göndərməməyə çağırırıq. İştirak edənlər Ukrayna qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti daşıyacaqlar”, – deyə Ukrayna XİN-in saytında dərc edilən bəyanatda vurğulanıb.

Xatırladaq ki, hökuməti martın 15-dən 17-dək prezident seçkisinin keçiriləcəyi barədə elan edib və Vladimir Putinin yenidən iştirak etmək niyyətini açıqlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir