Cəmiyyət

Əsirlikdən azad olunan hərbçimizin anası: “Oğlumu qarşılamaq üçün 50 bayraq hazırlamışıq” – VİDEO

Sharing is caring!


Qazax-İcevan sərhədində (Bala Cəfərli kəndində) Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, saxlanılmış hərbçilərin mübadiləsi baş tutub.

Hərbçilərimiz Hüseyn Axundov və Aqşin Bəbirov azad olunublar.

Baku TV-nin əməkdaşı Hüseyn Axundovun ailəsində olub.

Əsirlikdən azad olunan hərbçimizin anası Şəlalə Axundova sevincini bölüşüb:

“Onu qarşılamaq üçün bəlkə 50 bayraq hazırlamışıq. Dostları, qəsəbə sakinləri yığılıb, hamı onu qarşılamağı gözləyir. Düzdür, nə vaxt gələcəyini bilmirik. İnşallah, o gün də gələr. Prezidentimiz bu günü bizə yaşadıbsa, o günü də yaşayacağıq”.

Ətraflı süjetdə: 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir