Dünya

Yer tarixinin 11 milyon il əvvəlki ən böyük gölü: Xəzər dənizinin yarandığı göl Rekordlar Kitabında – FOTO

Sharing is caring!


Qədim Paratetis dənizi Yer tarixinin ən böyük gölü kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Nəhəng gölün ölçüləri “Scientific Reports” jurnalında dərc edilən 2021-ci il araşdırmasında göstərilib, lakin bu yaxınlarda rekord qeydinin olduğu səhifə kitabın saytında ortaya çıxıb.

Utrext Universiteti alimlərinin Braziliya, Rusiya və Almaniyadan olan həmkarları ilə birlikdə apardığı hesablamalara görə, Paratetis 2,8 milyon kvadratkilometr ərazini tutub. Bu, Aralıq dənizinin sahəsi ilə müqayisə edilə bilər. Su anbarı qərbdə Alp dağlarından şərqdə Türkmənistana qədər uzanıb. Göl təxminən 11 milyon il əvvəl mövcud olub. Onun qismən qurumasından sonra Qara dəniz, Xəzər dənizi və Aral dənizi əmələ gəlib.

Ginnesin Rekordlar Kitabında qeyd edildiyi kimi, tədqiqatçılar Paratetis haqqında məlumat toplamaq üçün müxtəlif üsullardan istifadə ediblər. Əsasən sualtı relyefin 3D xəritələri qurulub və tektonik aktivlik nəzərə alınıb. Elmi məqalə müəlliflərinin fikrincə, qədim su anbarının tədqiqi müasir dəniz və gölləri təhdid edən dəyişiklikləri proqnozlaşdırmağa imkan verir.

“Paratetis” adı 1924-cü ildə rus geoloqu Vladimir Laskarev tərəfindən təklif edilib. Termin göstərir ki, su anbarı qədim Tetis okeanının bir hissəsi olub, lakin Alp, Karpat və bir sıra digər dağ sistemlərini yaranması ilə ondan ayrılıb.

Mənbə: Snob.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir