Cəmiyyət

Suqovuşanda yanğın təhlükəsizliyi barədə tədbir keçirildi – FOTO

Sharing is caring!

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən Suqovuşanda maarifləndirmə tədbirləri keçirilib.

Nazirlikdən verilən məlumata görə, maarifləndirmə tədbirləri Suqovuşan qəsəbəsində yerləşən su anbarında və Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku – 2022” beynəlxalq reqatalarının keçirilməsi ilə əlaqədar adıçəkilən obyektlərin işçi heyəti üçün keçirilib. 

Tədbirlərdə baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin, ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyinə dair söhbət aparılıb.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir