Dünya

İsrail 24 saat ərzində HƏMAS-ın 230 hədəfini vurub

Sharing is caring!


İsrail ordusu son 24 saat ərzində Qəzza zolağında radikal HƏMAS qruplaşmasının azı 230 hədəfinə hücum edib.

Bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.

“Son 24 saat ərzində SAXAL-ın aviasiyası Qəzza zolağında təxminən 230 terrorçu hədəfinə zərbələr endirib”, – deyə SAXAL teleqram kanalında yazıb.

Xüsusilə Xan Yunisdə İsrail ordusu İsrail ərazisinə yönəlmiş raket buraxılış qurğusunu məhv edib. İsrail qırıcısı, həmçinin HƏMAS üzvlərinin olduğu iqamətgahı vurub.

Bundan əlavə, SAXAL Cəbaliyada HƏMAS-ın silahlarının aşkar edildiyi məktəbdən mülki şəxslərin təxliyəsi üçün əməliyyat keçirib.

Mənbə: interfax.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir