Siyasət

Valdis Zatlers: “Azərbaycan balanslaşdırılmış xarici siyasət aparır”

Sharing is caring!

“Qlobal Bakı Forumu artıq təcrübəli bir platformaya çevrilib. Forum müxtəlif ölkələrdən, qitələrdən nümayəndələri bir araya gətirir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Latviyanın sabiq prezidenti, XI Bakı Qlobal Forumun iştirakçısı Valdis Zatlers deyib.

Sabiq prezident Qlobal Forumda iştirakçıların müzakirə olunan mövzularla bağlı öz fikirlərini bölüşdüklərini diqqətə çatdırıb.

“Azərbaycan bu cür tədbirləri keçirmək üçün ən gözəl yerdir. Çünki Azərbaycan balanslaşdırılmış xarici siyasət aparır və bu, ölkənin uğurlarının əsas amillərindən biridir”, – deyə V.Zatlers vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir