Dünya

Çində zəlzələdə ölənlərin sayı açıqlanıb

Sharing is caring!


Bazar ertəsi Çinin şimal-qərbində baş verən zəlzələ qurbanlarının sayı 135 nəfərə çatıb.

Bu barədə Çin Mərkəzi Televiziyası xəbər yayıb.

Məlumata görə, Qansuda 113 nəfər ölüb, 782 nəfər yaralanıb. Qonşu Çinxayda ölənlərin sayı 22-yə çatıb, 198 nəfər yaralanıb. Bundan başqa, 12 nəfərin də itkin düşdüyü bildirilir.

Qeyd edək ki, təbii fəlakət Qansuda 207 mindən çox evi dağıdıb, 15 minə yaxın binaya ziyan dəyib.

Mənbə: octagon.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir