Dünya

İsrailli hərbçi: “Bütün kişi əsirlər ağ bayraq qaldırmalı və tam soyunmalıdırlar”

Sharing is caring!


Son iki həftə ərzində təslim olan Qəzza sakinlərinin sayı sürətlə artıb.

Bu açıqlama ilə İsrail Müdafiə Ordusunun (SAXAL) tank batalyonunun komandir müavini, mayor Aleksey çıxış edib.

O bildirib ki, İsrailə təxliyə olunmaq istəyən fələstinlilərin sayı getdikcə artır.

“Yüzlərlə insan təslim olur və onların təxminən 15-20%-i HƏMAS yaraqlılarıdır”, – deyə İsrail ordusunun hərbçisi qeyd edib.

O əlavə edib ki, təslim olmaq istəyən bütün kişilər ağ bayraq qaldırmalı və tamamilə soyunmalıdırlar.

“Bundan sonra isə bütün əsirlər İsrailin daxili kəşfiyyat xidməti tərəfindən yoxlanılır”, – deyə hərbçi söyləyib.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir