Dünya

ABŞ-də həbsxanadan qaçan ömürlük həbsə məhkum şəxs saxlanılıb

Sharing is caring!


ABŞ-də anasının köməyi ilə həbsxanadan qaçan cinayətkar saxlanılıb.

Məlumata görə, yeddi yaşlı qıza təcavüz etdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş 39 yaşlı Robert Yansi Texasın Brazoriya əyalətindəki həbsxanadan yoxa çıxıb. Həmin gün anası Leonor Priestl onu ziyarət edib, gizlin formada oğlu üçün paltar, eləcə də başqasının adına olan şəxsiyyət vəsiqəsi ötürüb.

Mülki geyim geyinən Yansi anası ilə birlikdə islah müəssisəsini tərk etməyi bacarıb. Onlar maşına minərək naməlum istiqamətdə gözdən itiblər. Həbsxana əməkdaşları qaçışı aşkar edən kimi qadının avtomobilini axtarışa veriblər.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir