Dünya

İsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-ın raketlərini daşıyan yük maşınını məhv etdi – FOTO

Sharing is caring!


İsrail Müdafiə Qüvvələri (İDF) Qəzzada HƏMAS-ın raketlərini daşıyan yük maşınını məhv edib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında paylaşım edilib.

Məlumata görə, İsrail hərbçilərinin Cəbəliyyədə həyata keçirdikləri reyd zamanı içərisində HƏMAS terror təşkilatına aid uzaqmənzilli raketlərin olduğu yük maşını aşkarlanıb.

Həmçinin çox sayda silah-sursat, o cümlədən tapançalar da tapılıb. Yük maşını və raketlər İsrail hərbçiləri tərəfindən məhv edilib.

Bundan əlavə, İsrail Müdafiə Qüvvələrinin qoşunları Xan-Yunisdə HƏMAS-ın yüksək rütbəli terrorçularının iqamətgahlarına məqsədyönlü reyd keçirib və burada su və elektrik sistemləri ilə təchiz edilmiş yeraltı terror infrastrukturu aşkar edilib.

Hərbçilər Cəbəliyyədəki bir kompleksdə gizlənən terrorçuları müəyyən ediblər. Hərbi Hava Qüvvələri və Quru Qoşunları ilə koordinasiya şəkildə İDF təyyarələri kompleksin içərisindəki terrorçuları hədəfə alıb və məhv edib.

Eyni zamanda tank əleyhinə raket buraxılış məntəqəsi olan kompleks də vurulub ki, bu kompleksdən İDF maşınlarına atəş açıldığı ehtimal edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir