Cəmiyyət

Bərdədə TIR-la iki maşın toqquşub, xəsarət alanlar var

Sharing is caring!


Bərdədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Yevlax-Bərdə-Ağdam avtomobil yolunda, Bərdənin Qarağacı kəndində qeydə alınıb. “Mercedes-Benz” markalı TIR-la BMW və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində BMW markalı avtomobildə olan 2001-ci il təvəllüdlü Nəsib Allahverən oğlu Nəsibov və 2003-cü il təvəllüdlü Fariz Nurəli oğlu Nəcəfov xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir