Dünya

İranın XİN başçısı Qətərdə HƏMAS-ın rəhbəri ilə görüşüb – VİDEO

Sharing is caring!


İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Qətərin paytaxtı Dohada Fələstinin HƏMAS  hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.

Məlumat İran Xarici İşlər Nazirliyinin “Telegram” kanalında dərc edilib.

Görüş HƏMAS Siyasi Bürosunun Dohadakı qərargahında baş tutub.

“Danışıqlar zamanı tərəflər Qəzza zolağı və İordan çayının qərb sahilindəki siyasi vəziyyəti, eləcə də yerdəki son hadisələri müzakirə ediblər”, – deyə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir