Dünya

Praqada Ermənistanın mina terroruna həsr olunmuş sərgi-aksiya təşkil edilib – FOTO

Sharing is caring!


Praqan şəhərinin məşhur Vatslav meydanında Ermənistanın ölkəmizə qarşı apardığı mina terrorizmi ilə əlaqədar sərgi-aksiya keçirilib.

“Elson Grand” təşkilatının üzvü, Azərbaycan diasporunun fəalı Fərid Əmirəliyevin təşkilatçılığı ilə baş tutan aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “44 gün… Qəhrəmanlar Azərbaycan naminə canlarını fəda etdilər” yazılmış poster, “Ermənistan, torpaqlarımızı minalama!”, “Erməni minaları = müharibə cinayətləri”, “Erməni terrorizmi minalarla davam edir”, “Erməni terrorizminə son!”, “Mina basdırma, ağac ək!” şüarları əks olunmuş plakatlar nümayiş etdirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi məqsədilə şamlar yandırılıb.  

Sərgi-aksiya yerli sakinlərin böyük marağına səbəb olub. Sərgi-aksiyanın fotolarını çəkən şəhər sakinlərinə Ermənistanın ölkəmizə qarşı yürütdüyü mina terroru, rəsmi İrəvanın beynəlxalq humanitar konvensiyalara zidd olaraq dəqiq mina xəritələrini Azərbaycana təqdim etmədiyi, mina təhlükəsinin Qarabağda bərpa-yenidənqurma işlərinin aparılmasına, məcburi köçkünlərin doğma yurdlarına qayıdışına əngəl olduğu, Ermənistanın hərbi təxribatları səbəbindən Azərbaycanın mülki vətəndaşlarının və hərbçilərinin mina qurbanlarına çevrildiyi, bu təhlükənin aradan qaldırılması, separatçıları sülhə vadar etmək naminə Azərbaycanın bir günlük antiterror tədbirləri həyata keçirdiyi barədə ətraflı məlumat verilib.

Aksiyanın gedişində bir neçə erməni qadının təxribat və səs-küy salmaq cəhdi uğursuzluqla nəticələnib. İcma üzvlərimiz onların əsassız iddialarını faktlarla alt-üst ediblər. Bunu gözləməyən erməni qadınlar çarəni aksiya yerindən uzaqlaşmaqda görüblər.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir