Dünya

Şri-Lanka bir il ərzində xarici elmi gəmilərin öz sularına daxil olmasını qadağan edib

Sharing is caring!


Şri-Lanka bir il müddətinə xarici elmi gəmilərin öz ərazi sularına daxil olmasını qadağan edib. Bu tədbir 2024-cü ilin yanvarından qüvvəyə minəcək.

Bunu Şri-Lankanın xarici işlər naziri Məhəmməd Əli Sabri bildirib.

“Biz digər ölkələrlə bərabərhüquqlu tərəfdaşlar kimi elmi okean tədqiqatlarında iştirak etmək üçün öz potensialımızı inkişaf etdirməliyik”, – deyə xarici işlər naziri bildirib.

Sabri əlavə edib ki, Şri-Lanka geosiyasi əhəmiyyət kəsb edən məsələlərdə heç bir ölkə ilə düşmənçilik etmədən hərəkət etməyə sadiqdir.

Qeyd olunur ki, qadağa Çinin elmi gəmisinin 2024-cü ilin yanvarında yenidən Şri-Lanka sularına daxil olmasına icazə istəməsindən sonra tətbiq edilib. Hindistanın etirazlarına baxmayaraq, 2023-cü ilin oktyabrında Çinin “Şi Yan 6” gəmisi Kolombo limanına səfər edərək Şri-Lankanın Milli Su Ehtiyatları Tədqiqat və İnkişaf Agentliyi ilə birlikdə Hind okeanında araşdırma aparıb.

2022-ci ilin sonunda Hindistan Hərbi Dəniz Qüvvələri Benqal körfəzində Hindistan ballistik raketlərinin planlaşdırılan sınaqlarından bir həftə əvvəl Sunda boğazı vasitəsilə Hind okeanına daxil olan Çinin “Yuan Wang 5” tədqiqat gəmisinin Şri-Lanka limanına girişini izləyib.  Həmin ilin oktyabr ayında Çinin eyni tipli “Yuan Wang 6” gəmisinin ölkə sahillərində olması səbəbindən Hindistan 3 min km mənzilli “Agni-3” raketinin sınaqlarını təxirə salmaq məcburiyyətində qalıb.

Rəsmi olaraq, “Yuan Wang” tipli Çin gəmiləri okean tədqiqatları üçün nəzərdə tutulub, lakin Hindistan mediasına görə, bunlar kosmos və peyk izləmə, habelə Hindistanın müdafiə obyektlərinin monitorinqi və raket silahlarının sınaqdan keçirilməsi üçün istifadə olunan ikitəyinatlı kəşfiyyat gəmiləridir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir