Dünya

Finlandiyanın səfiri Rusiya XİN-ə çağırılıb

Sharing is caring!


Finlandiyanın Moskvadakı səfiri Antti Helantera Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd olunub ki, diplomatın Rusiya XİN-ə çağırılmasına səbəb ABŞ və Finlandiya arasında ötən gün imzalanan müdafiə sahəsində əməkdaşlıq sazişidir.

“Rusiya Federasiyası Finlandiya və NATO-nun aqressiv qərarlarına qarşı tədbirlər görəcək”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Mənbə: Mid.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir