Dünya

Britaniya Ukrayna ilə 10 illik pakt imzalamağı planlaşdırır

Sharing is caring!


Britaniya Ukrayna ilə təhlükəsizlik üzrə 10 illik pakt imzalamağı planlaşdırır.

Paktın imzalanması yaxın həftələrdə baş tuta bilər.

Bu sənədə əsasən, London müharibədə Kiyevi dəstəkləməyi və hərbi-dəniz qüvvələri ilə bağlı hərbi dəstəklə təmin etməyi öhdəsinə götürür.

Bundan əlavə, maliyyə yardımı və kəşfiyyat məlumatlarının mübadiləsi də nəzərdə tutulub.

Paktda müharibədən sonra təhlükəsizlik zəmanətləri ilə bağlı vədlər yer alacaq ki, bunların sırasına hazırda mövcud olan silah tədarükünün artırılması və sanksiyaların bərpası da daxildir.

Paktın əsas hissəsinə – hərbi-dəniz hissəsinə gəlincə, bu kontekstdə “Brimstone” dəniz raketlərinin tədarükü, Ukrayna qoşunlarının dəniz desant əməliyyatları üzrə təlimi, dəniz yollarının minalardan təmizlənməsi qeyd olunur.

Mənbə: “The Telegraph”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir