Dünya

Braziliya meşəsində elmə məlum olan ən kiçik qurbağa aşkar edilib – FOTO

Sharing is caring!


ABŞ-nin Santa-Kruz Dövlət Universitetinin tədqiqatçıları Braziliyanın Baiya ştatında meşədə aşkar etdikləri kiçik qurbağa növlərini təsvir ediblər.

Qeyd olunur ki, “Brachycephalus pulex” nümayəndələrinin bədən uzunluğu yeddi millimetrdən bir qədər çoxdur.

Birə qurbağası adlanan “Brachycephalus pulex” ilk dəfə 2011-ci ildə zooloqlar tərəfindən təsvir edilib. Bu növün bütün nümayəndələri çox kiçik ölçüləri və sarı və qəhvəyi rənglərin müxtəlif çalarlarında olması ilə fərqlənirlər.

Tədqiqatçı Mirko Sole və onun həmkarları 2019-cu ildə yenidən bu növə aid qurbağaları öyrənməyə başlayıblar. Ekspedisiya zamanı onlar iki yerdə 46 fərd tapmağa nail olublar. Mütəxəssislər heyvanların cinsiyyət hüceyrələrini araşdırıb və bədənlərinin uzunluğunu ölçüblər.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir