Dünya

Hindistanda baş verən güclü zəlzələ qonşu dövlətlərdə hiss olunub – FOTO

Sharing is caring!


Hindistanda 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, təbii fəlakətin episentri 25 minə yaxın insanın yaşadığı Padam şəhərindən 25 km cənub-qərbdə olub. Ocaq 35 km dərinlikdə yerləşir.

Yerli mediada yayılan məlumata görə, təkanlar qonşu Pakistanda və Çində hiss olunub.

Hələ ki zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

Mənbə: Crisis24.garda.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir