Dünya

Türkiyədə azan səsində məscidə gedən qaz hamını heyrətləndirib – VİDEO

Sharing is caring!


Türkiyənin Manyas rayonunun Yeniköy kəndində bir qaz gün ərzində azan səsini eşidən kimi məscidə gedir və azan bitənə qədər məscidin divarı önündə gözləyir.

Məlumata görə, Şərif Öztürkə məxsus bu qaz azan səsini dinləyir, bitən kimi yenidən səs sala-sala sürünün yanına qayıdır.

Sahibi deyir ki, yemləmə vaxtı da azan səsi eşidən qaz dərhal məscidə doğru qaçır. O bu halın artıq 15-18 gündür davam etdiyini bildirib.

Qazın bu hərəkəti bütün kənd sakinlərinin marağına səbəb olub.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir