Dünya

Ana uşaq arabasını gözdən qaçırdı: İzmirdə yaşanan hadisə müzakirələrə səbəb oldu – VİDEO

Sharing is caring!


İzmirdə ananın ehtiyatsızlığı onun körpəsinin xəsarət alması ilə nəticələnib.

Hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Belə ki, qadın rəfiqəsi ilə söhbət etməyə başı qarışıb və bu zaman onun əli ilə saxladığı uşaq arabası nəzarətindən çıxıb və enişlə aşağıya doğru yuvarlanıb.

Bir neçə saniyə sonra araba səkiyə çırpılıb və uşaq arabasında olan körpə küçəyə düşüb.

Xoşbəxtlikdən körpə yalnız yüngül xəsarət alıb.

Video sosial şəbəkələrdə də geniş yayılıb və ananın diqqətsizliyi müzakirələrə səbəb olub.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir