İdman

AFFA-nın səlahiyyətli rəsmisi Milan Obradoviçə zəng edib

Sharing is caring!


Son günlər millinin baş məşqçi postuna daha bir namizədin adı hallanır.

Sport24.az xəbər verir ki, mətbuatda Milan Obradoviçin “sükan arxasına” dəvət olunacağı ilə bağlı xəbərlər yayılıb.

Məsələ ilə əlaqədar etibarlı mənbədən daxil olan məlumata görə, həqiqətən də bu ərəfədə AFFA-dan serbiyalı mütəxəssislə əlaqə saxlayıblar. Ona – “təklif olacağı halda Azərbaycan yığmasını çalışdırarsınız”, – sualı verilib. Obradoviç isə – “şərtlər qane edəcəyi halda təklifi qəbul edərəm”, – söyləyib.

O da məlumdur ki, Obradoviçin namizədliyini gözdən keçirən rəsmilər onun 3 ildən artıq U-21-də çalışdığını, həmin müddətdə ümid yığmasında çıxış edən bəzi futbolçuların indi ölkənin əsas komandasına cəlb olunduğunu nəzərə alıblar. 

Mənbəmiz onu da bildirib ki, hazırda 46 yaşlı mütəxəssisə iki ölkədən təklif var. Vətəni Serbiya ilə yanaşı, Belçikanın yüksək dəstəsində çıxış edən klublardan biri onunla danışıq aparır.

Qeyd edək ki, Obradoviç 2019-cu ilin yanvarından 2022-ci ilin iyununadək Azərbaycan U-21-ni çalışdırıb. Ondan əvvəl isə Serbiya yığmasında köməkçi-məşqçi işləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir