Dünya

Venesuela və Qayana təbii sərvətlərlə zəngin ərazi münaqişəsi ilə bağlı qərar verdilər: Müharibə olacaq?

Sharing is caring!


Venesuela və Qayana hakimiyyəti ərazi münaqişəsinin həlli üçün güc tətbiq etməyəcək və böhrandan çıxış yolunun tapılması ilə bağlı komissiya çağıracaq.

Bu barədə danışıqların yekunu üzrə birgə bəyanatda bildirilib və bəyanat “St.Vincent Times” nəşrində dərc olunub.

Məlumata görə, danışıqlar Sent-Vinsent və Qrenadinin paytaxtı Kinqstaun şəhərində baş tutub.

“Qayana və Venesuela birbaşa və ya dolayısı ilə heç bir halda bir-birini güc tətbiqi ilə təhdid etməyəcək və güc tətbiq etməyəcək. Tərəflər mehriban qonşuluq, dinc yanaşı yaşama və Latın Amerikası ilə Karib hövzəsinin birliyinə sadiqliklərini ifadə edirlər”, – deyə bəyanatda bildirilib.

Ölkələrin nümayəndələri ərazi mübahisəsi ilə bağlı məsələlərin həlli üçün xüsusi komissiyanın yaradılması barədə razılığa gəliblər.

“Tərəflər məsələlərin həlli üçün qarşılıqlı razılaşma əsasında dərhal iki dövlətin xarici işlər nazirləri və texniki mütəxəssislərindən ibarət birgə komissiyanın yaradılması barədə razılığa gəliblər. Bu birgə komissiyanın hesabatı üç ay ərzində Qayana və Venesuela prezidentlərinə təqdim olunacaq”, – deyə məlumatda qeyd edilib.

“Hər iki dövlət mübahisəli ərazi ilə bağlı istənilən məsələyə, o cümlədən Birgə Komissiyanın yuxarıda qeyd olunan yenilənmiş variantına baxılması üçün növbəti üç ay ərzində və ya başqa vaxtda Braziliyada yenidən görüşməyə razılıq veriblər”, – deyə bəyanatda əlavə edilib.

Xatırladaq ki, Venesuela Prezidenti Nikolas Maduro qonşu Qayananın qərb hissəsini – Essekibonu ölkənin 24-cü ştatı elan edib. Yeni ştat Qayana-Essekibo adlandırılıb. bölgənin mülkiyyəti ilə bağlı mübahisə 19-cu əsrdən bəri davam edir. Venesuela və Qayana arasında münaqişə 2015-ci ildə Essekiboda zəngin neft və qaz yataqlarının aşkarlanmasından sonra kəskinləşib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir