Dünya

İsrail Qəzzada oğurlanmış girovun cəsədinin tapıldığını bildirib

Sharing is caring!


İsrail Müdafiə Qüvvələri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən qaçırılan girovun cəsədini aşkarlayıb.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Qəzzada keçirilən əməliyyat zamanı 28 yaşlı girov Elia Toledanonun cəsədi ordunun xüsusi təyinatlıları tərəfindən aşkar edilərək İsrailə aparılıb”, – deyə məlumatda bildirilib.

“Bizim milli missiyamız itkin düşənləri tapmaq və bütün girovları evlərinə qaytarmaqdır. Biz təhlükəsizlik orqanları ilə birlikdə bütün girovların qaytarılması üçün bütün kəşfiyyat və əməliyyat vasitələrindən istifadə edərək işləyirik”, – deyə mətbuat xidməti əlavə edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir