Dünya

ABŞ prezidentliyinə namizəd İlon Maskla canlı yayım zamanı təbii ehtiyacını ödədi – VİDEO

Sharing is caring!


Respublikaçı partiyasından ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) canlı yayım zamanı mobil telefonun mikrofonunu açıq qoyub və İlon Mask da daxil olmaqla bir neçə məşhur amerikalı ilə canlı yayımda ayaqyoluna baş çəkib.

Sahibkar ABŞ prezidentliyinə namizədin bu cür hərəkətlərindən pərt olub.

Ramasvami mikrofonun söndürülmədiyini öyrənən kimi translyasiya iştirakçılarından üzr istəyib.

“Ümid edirəm ki, özünüzü daha yaxşı hiss edirsiniz”, – deyə Mask Ramasvamiyə müraciət edib.

O da öz növbəsində özünü əla hiss etdiyini bildirib.

Qeyd edək ki, həmin vaxt canlı yayımı 100 minə yaxın insan izləyib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir