Dünya

Hindistan yaxın səkkiz il ərzində 100 hərbi peykini kosmosa buraxacaq

Sharing is caring!


“Hindistan hərbi kosmik peyklərini yaxın 7-8 il ərzində 100 peyk artıracaq. Ölkədə yaxın və dərin kosmosda əməliyyatların aparılması üçün Kosmik Komandanlıq yaradılacaq”, – deyə Hindistanın Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Hindistan Hərbi Hava Qüvvələri təsdiq üçün hökumətə yeni doktrina layihəsi təqdim edib, bu doktrinanın həm hücum, həm də müdafiə məqsədləri üçün kosmosdan səmərəli istifadə edilməsi, eləcə də Hərbi Hava Qüvvələrinin aerokosmik qüvvəyə çevrilməsi üçün aktiv addımlar nəzərdə tutulub.

“Biz ümid edirik ki, yeni doktrina yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək”, – deyə qeyd edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir