Dünya

İcma: “Qarabağ erməniləri irqçi ideologiyadan, “miatsum” nağıllarından, etnik nifrətdən xilas ola bilmirlər”

Sharing is caring!


Qarabağ erməniləri nəinki irqçi ideologiyadan, “miatsum” nağıllarından, etnik nifrətdən xilas ola bilmir, həm də hələ də paralel dünyada yaşayırlar.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, tarixin arxivinə atılmış qondarma quruma aid bir sıra “təşkilat”lar beynəlxalq ictimaiyyətə “müraciət” ünvanlayıblar.

“Müraciət”in ən gülünc hissəsi Qarabağa qayıdış üçün Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən sarsaq şərtlərin qoyulmasıdır.

Qarabağ erməniləri nəinki irqçi ideologiyadan, “miatsum” nağıllarından, etnik nifrətdən xilas ola bilmir, həm də hələ də paralel dünyada yaşayırlar. Hiss olunur ki, Vardan Oskanyan, Artak Beqleryan ağılda olan “müraciət”in müəllifləri son 35 il ərzində baş verənlərdən lazımi dərs çıxara bilməyiblər.

Ermənistan hökuməti, əgər həqiqətən də sülhdə maraqlıdırsa, onda Azərbaycana qarşı yönəlmiş bu cür təxribatçı addımların qarşısını almalıdır”, – deyə bəyanatda vurğulanır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir