Dünya

Böyük Britaniya Ukraynaya mina ovçuları göndərir

Sharing is caring!


Böyük Britaniya Kiyevin Qara dənizdəki mövqeyini gücləndirmək üçün Kral Hərbi Dəniz Qüvvələrindən Ukrayna Silahlı Qüvvələrinə iki minaaxtaran gəmi ayırıb.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

“Bu mina ovçuları Ukraynaya dənizdə insanların həyatını xilas etməyə və ciddi şəkildə məhdudlaşdırılmış mühüm ixrac marşrutlarını açmağa kömək edəcək həyati qabiliyyətlər verəcək”, – deyə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib.

Krallıq ümid edir ki, bu tədbir Qara dənizdə təhlükəsizliyi gücləndirəcək və Ukraynanın dəniz ixracının bərpasına kömək edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir