Dünya

Benzema arzuladığı komandaya Ronaldu və Messini daxil etməyib

Sharing is caring!


“Əl İttihad”ın hücumçusu Kərim Benzema arzuladığı komandanı formalaşdırıb. Maraqlıdır ki, tutduğu bu siyahıda portuqaliyalı hücumçu Kriştianu Ronaldu və argentinalı hücumçu Lionel Messi yer almayıblar.

Məlumata görə, Benzemanın arzuladığı komandanın qapıçısı Manuel Noyer, müdafiəçiləri Dani Alves, Pepe, Serxio Ramos, Marselo, yarımmüdafiəçiləri Klod Makelele, Pol Poqba, Zinəddin Zidan, Ronaldinyo, hücumçuları Ronaldo, Kərim Benzemadır.

Qeyd edək ki, Benzema 2023-cü ildən “Əl İttihad”da çıxış edir. Futbolçunun klubla müqaviləsi 2026-cı ilə qədərdir. Səudiyyə Ərəbistanı klubunun tərkibində Benzema bütün turnirlərdə 16 matçda iştirak edib, on qol vurub və dörd məhsuldar ötürmə edib.

Benzema daha əvvəl “Lion” və “Real Madrid”də də çıxış edib.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir