Dünya

Trampın qələbəsi ABŞ-nin NATO-dan çıxmasına səbəb ola bilər

Sharing is caring!


2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkisində keçmiş prezident Donald Trampın qələbəsi ölkənin NATO-dan çıxmasına səbəb ola bilər.

Bu fikir “The New York Times” qəzetinin məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, diplomatlar arasında yayılan ümumi rəyə əsasən, Trampın qayıdışı təkcə Ukraynanın tərk edilməsi deyil, həm də ABŞ-nin Avropa qitəsindən kənarlaşması və Şimali Atlantika Alyansından çıxması anlamına gələ bilər.

Qeyd olunur ki, Avropa ölkələrinin əksər nümayəndələri Trampın prezident seçkisində qalib gələcəyi təqdirdə hansı yanaşmadan istifadə edəcəyini bilmir. Kiçik dövlətlər ABŞ silahlarının alınması və ya bu kimi jestlər vasitəsilə Trampla münasibətləri yaxşılaşdırmağa cəhd edə bilər.

Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkisi 2024-cü ilin noyabrında keçiriləcək. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir