Dünya

Erməni deputat: “Hərbçilərimiz artıq yaxın saatlarda qayıda bilərlər”

Sharing is caring!


“Erməni hərbçilər yaxın günlərdə, hətta yaxın saatlarda Azərbaycandan Ermənistana qayıda bilərlər”.

Bunu parlamentdə jurnalistlərə açıqlamasında “Vətəndaş sazişi” fraksiyasının deputatı, xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan deyib.

“Düşünürəm ki, onlar bir neçə günə, hətta saata qayıda bilərlər”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, hərbçilərin mübadiləsi Ermənistan-Azərbaycan sərhədində baş tuta bilər.

Deputat ümidvardır ki, tərəflər arasında dünənki razılaşma sülh sazişinin imzalanması prosesini sürətləndirmək üçün növbəti stimul olacaq.

Mənbə: Sputnik Ermənistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir