Dünya

Türkiyəli fenomen ədəbsiz görüntülərinə görə saxlanıldı – FOTO

Sharing is caring!


Türkiyəli sosial media fenomeni Gizem Bağdaçiçek “ədəbsizlik” ittihamı ilə nəzarətə alınıb.

Bu barədə İstanbul Asayiş Şöbə Müdirliyinin Etika Bürosundan məlumat verilib.

Bildirilir ki, qadın sosial media platformalarında nalayiq videolar paylaşmasına görə saxlanılıb.

Məlumata görə, “OnlyFans” platformasına yüklədiyi ədəbsiz məzmunla tanınan Gizem Bağdaçiçek haqqında edilən şikayətlərə görə tutulub. Onun pornoqrafik görüntüləri digər sosial media platformalarında sürətlə yayılıb.

Qeyd edək ki, Gizem Bağdaçiçek sosial media karyerasına “Bigo Live”də yayımladığı rəqs videoları ilə başlayıb. Platformada yayımladığı görüntülərdə cəsarətli pozaları ilə də diqqət çəkən fenomen qısa müddətdə böyük izləyici kütləsi toplayıb. O, 2021-ci ildə “OnlyFans” platformasına qoşulub və burada yayımladığı məzmunla qısa zamanda böyük gəlirlər qazanmağa başlayıb.

Mənbə: Onedio.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir