Dünya

Fransada fermerlərin uşaqları mini traktor sürərək aksiyaya dəstək verdilər – VİDEO

Sharing is caring!


Fransanın şimal-şərqindəki Aşağı Reyn departamentində fermerlərin səfərbərliyi bir qədər fərqli forma alıb. Departamentin bir neçə yüz traktoru M35 şosesinin bir hissəsini bağladığı halda, fermerlərin uşaqları Strasburqdakı Kleber mərkəzi meydanı boyunca sıra yaradaraq pedallı traktorlarla gediblər.

Qeyd olunur ki, valideynləri kimi geyinmiş təxminən otuz uşaq, FDSEA mini traktorlarla Kleber meydanı ətrafında dövrə vurublar. Nizam-intizamı qorumaq üçün uşaqları anaları müşayiət ediblər.

Mini traktorların üzərində “Böyüyəndə atam kimi olmaq istəyirəm, amma bu vəziyyətdə deyil”, “Biz bütün bunlardan daha yaxşısına layiqik” və ya “Sabah səni mən yedizdirəcəyəm” kimi sözlər yazılmış plakatlar yapışdırılıb.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir